Omskda 36 yaşlı məhbus səhhətindən şikayət edərək həbsxananın tibb məntəqəsinə getməyi xahiş edib və orada 26 yaşlı tibb bacısını zorlayıb.
Lent.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, həmin şəxs zorlama cinayətinə görə 18 il cəza çəkir. Avqustun 3-də o, mühafizəçiyə özünü yaxşı hiss etmədiyini deyib. O, tibb məntəqəsinə aparılıb. Məhkum tibb bacısı ilə tək qalanda qapını içəridən bağlayıb və qızı kargüzarlıq bıçağı ilə hədələyərək zorlayıb.
Məhkum tibb bacısını təxminən üç saat saxlayıb, sonra girov azad edilib. Onun barəsində girov götürmə işi açılıb. Hazırkı müddətinə 6 ildən 15 ilə qədər həbs cəzası əlavə edə bilər. Həbsxananın əməkdaşlarına qarşı da səhlənkarlıq maddəsi ilə cinayət işi başlanıb.