Tərtər sakinindən külli miqdarda narkotik tapılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Goranboy rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat tədbirləri keçiriblər. Nəticədə rayon ərazisində Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş E.Məmmədovun idarə etdiyi “Renault” markalı avtomobil saxlanılıb.
Şəxsi axtarış zamanı avtomobilin sərnişinləri, əvvəllər məhkum olunmuşlar S.Məmmədovdan və D.Misirovdan marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə avtomobilin yük yerinə baxış zamanı oradan S.Məmmədov və D.Misirova məxsus 10 kiloqram 450 qram marixuana aşkar edilərək götürülüb.