Masallıda 15 yaşlı yeniyetmə boğularaq ölüb.
Lent.az-ın xəbərinə görə, hadisə rayonun Qəriblər kəndində qeydə alınıb.
Nurlan Maarif oğlu Novruzov kənddə yerləşən Viləşçay su tutarında çimərkən boğulub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.