Marneuli bazarında baş vermiş silahlı insident nəticəsində yaralanan 27 yaşlı azərbaycanlı gənc xəstəxanada ölüb.
Lent.az APA-ya istinadən xəbər verir ki, onun hadisə zamanı güllə yarası alan atasının vəziyyəti stabil ağır kimi qiymətləndirilir.
Ata və oğlunun güllələndikləri qızıl əşyalar mağazasının sahibləri olduğu bildirilir.
Hadisənin motivi məlum deyil.
***
19:31
Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun mərkəzi bazarında atışma baş verib, ata və oğlu yaralanıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, silahlı insident qızıl mağazasında qeydə alınıb.
Onların hər ikisi xəstəxanaya çatdırılıb və təcili əməliyyat olunub. Atanın vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Atəş açan naməlum şəxsin kimliyini müəyyən etmək üçün müşahidə kameralarının qeydə aldığı görüntülər yoxlanılır, istintaq hərəkətləri həyata keçirilir.