Bakıda mağaza qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Yasamal rayonunun Ş.Qurbanov küçəsindəki mağazaların birindən 11 ədəd mobil telefonun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Zaur Musayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.