İyulun 11-də Lənkəranda yanıq xəsarətləri alan 45 yaşlı qadın dünyasını dəyişib.
Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, dünən Lənkəran rayonunun Kərgəlan kəndində küçədə zibil yandırarkən özü yanaraq xəsarət alan, kənd sakini Zəhra Fikrət qızı Hüseynova bu gün dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.