Lənkəranda baş verən qəzada piyada xəsarət alıb.
Lent.az-ın verdiyi xəbərə görə Lənkəranda nəqliyyat vasitəsi piyada, Lənkəran rayonunun Osaküçə kənd sakini 2006-cı il təvəllüdlü Ləman Emin qızı Niftullayevanı vurub.
L.Niftullayeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Ona ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib.
Faktla bağlı araşdırma aparılır.