Lənkəranda FACİƏ:  ata və oğul öldü -  YENİLƏNİB
28 mart 2024 10:25 (UTC +04:00)

Lənkəranda FACİƏ: ata və oğul öldü - YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda ata və oğulun öldüyü yol qəzası barədə məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, martın 28-də saat 08 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes", Z.Kərimovun idarə etdiyi "VAZ 2109" və D.Səfərlinin idarə etdiyi "Chevrolet" markalı avtomobillər toqquşublar. Nəticədə "VAZ 2109" markalı avtomobilin sürücüsü və oğlu C.Kərimov hadisə yerində ölüblər.

“Mercedes"-in sürücüsü isə bədən xəsarətləri alıb. Qəza ilə bağlı araşdırmalar davam etdirilir.

 

***

09.28

 

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən  məlumatına görə, hadisə səhər saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində qeydə alınıb.

"VAZ-2109", "Chevrolet Cruz" və " Mercedes" markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində "VAZ-2109"də olan sürücü və sərnişin hadisə yerində ölüb. Onların ata və oğul olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Lənkəranda zəncirvarı qəzada ata və oğul ölüb - FOTO Lənkəranda zəncirvarı qəzada ata və oğul ölüb - FOTO Lənkəranda zəncirvarı qəzada ata və oğul ölüb - FOTO Lənkəranda zəncirvarı qəzada ata və oğul ölüb - FOTO

# 4092
avatar

Oxşar yazılar