Laçın-Xankəndi yolu:  Aksiyanın 137-ci günü  -FOTO
27 aprel 2023 08:24 (UTC +04:00)

Laçın-Xankəndi yolu: Aksiyanın 137-ci günü -FOTO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Lent.az APA-ya istinadla xəbər verir ki, Şuşa rayon ərazisində  hava şəraitinin qeyri sabit keçməsinə  baxmayaraq ictimai fəallar, aksiyanı gecə boyu da davam etdirib.  Aksiya iştirakçıları 137-ci günə də  Azərbaycan dövlət himnini səsləndirməklə başlayıb.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb, 137 gündür davam edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1143
avatar

Oxşar yazılar