Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
Lent.az APA-ya istinadla xəbər verir ki, ictimai fəallar hava şəraitinin dumanlı və yağlşlı olmasına baxmayaraq aksiyanı gecə boyu da davam etdirib. Aksiya iştirakçıları 135 - ci günə də Azərbaycan dövlət himnini səsləndirməklə başlayıb.
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb, 135 gündür davam edir.