Sərhəddən tapılan narkotiklər
04 fevral 2023 10:40 (UTC +04:00)

Sərhəddən tapılan narkotiklər

Külli miqdarda narkotikin İrandan gətirilməsinin qarşısı alındı - FOTO

İranla sərhəddə külli miqdarda narkotik aşkarlanıb.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşları tərəfindən 18 kiloqram 610 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində fevralın 2-də saat 11:45-də Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1 ədəd bağlamada ümumi çəkisi 3 kiloqram 310 qram narkotik vasitə, fevralın 3-də saat 3:50-də Füzuli rayonun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 ədəd bağlamada ümumi çəkisi 15 kiloqram 300 qram narkotik vasitə aşkar olunaraq götürülüb.

Hər iki fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

# 1536
avatar

Oxşar yazılar