ABŞ-ın Kolorado ştatından olan Dillon Armijo böyük qardaşı ilə çimərlikdə oynayan zaman köpəkbalığı ona hücum edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Dillon suya girəndə balıq dizlərinə qədər onun ayağından yapışıb.
Yaxınlıqda olan şəxs, eləcə də xilasedici və böyük qardaş onun köməyinə gələrək sahilə çıxarıblar.
Köpəkbalığı Dillonun iki sümüyünü sındırıb, sinirlərini, vətərlərini və dizini zədələyib. Uşaq təcili olaraq yerli xəstəxanaya çatdırılıb. Sonra o, doğulduğu Kolorado ştatındakı başqa bir tibb müəssisəsinə köçürülüb.
Ağır xəsarətlər səbəbindən Dillon dörd əməliyyat keçirib. Onun tezliklə xəstəxanadan buraxılacağı gözlənilir. Oğlan fiziki müalicə kursu keçməli olacaq. Bundan sonra onun yenidən yeriyə biləcəyi gözlənilir.