Dağıstanda respublikanın Dərbənd rayonunun Rubas kəndinin başçısını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, kişi özü cinayəti törətdikdən sonra polisə zəng edərək təslim olub. O, günahını etiraf edib.
Hacıqurban Bayrambəyovun döş qəfəsindən güllələndiyi bildirilir.
Dindirilmə zamanı 58 yaşlı saxlanılan şəxs qətlin motivinin uzun müddətdir ki, daşınmaz əmlakla bağlı münaqişə olduğunu bildirib.