Kənddə "Mercedes"i ağaca çırpdı:  Ölən var
21 sentyabr 2022 22:35 (UTC +04:00)

Kənddə "Mercedes"i ağaca çırpdı: Ölən var

Neftçalada bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Qardaşbəyli kəndi ərazisində qeydə alınıb.

“Mercedes” markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində bir nəfər hadisə yerində ölüb. Avtomobildə olan Salyan şəhər sakini, 32 yaşlı Abbasov Şəhriyar Cavid oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 

# 2613
avatar

Oxşar yazılar