Kartdan oğurladığı pulları toya yazdırdı  - Bakıda ŞOK
14 fevral 2026 15:27 (UTC +04:00)

Kartdan oğurladığı pulları toya yazdırdı - Bakıda ŞOK

0

Nəsimi rayonu ərazisində bir nəfərin bank kartından 1400 manat pul vəsaitinin oğurlanması barədə polisə müraciət daxil olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Ə.Qasımzadə saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, zərərçəkən şəxs tanışı ilə birlikdə toyda olarkən bank kartından pul çıxarması üçün onu saxlanılan şəxsə təqdim edib. 

Nəticədə Ə.Qasımzadə kartda olan vəsaitin hamısını nağdlaşdırıb. O, oğurladığı pulla toyda kart sahibinin və özünün yerinə pul da yazdırıb.
 
Araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 426

Oxşar yazılar