"KamAZ" və "Jiquli" toqquşdu -FOTO
06 noyabr 2022 17:54 (UTC +04:00)

"KamAZ" və "Jiquli" toqquşdu -FOTO

Lənkəran-Lerik yolunda qəza olub.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə Lənkəran rayonunun Təngivan kəndi ərazisində qeydə alınıb.

Lənkəran rayonunun Şovu kənd sakini, 47 yaşlı Ədalət Baba oğlu Cəfərovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili Lerik rayonunun Ambu kənd sakini, 38 yaşlı Vaqif Mirzahid oğlu Əliyevin idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində minik avtomobilinin sürücüsü və sərnişini Əlixan Məmiş oğlu Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlar Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

 

# 2886
avatar

Oxşar yazılar