Bərdədə kafedə iki nəfəri güllələyən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirib ki, bu gün saat 13 radələrində Bərdə rayonunun Bala Qəcər kəndi ərazisində kənd sakini əvvəllər məhkum olunmuş Rəcəb Məmmədov münaqişə zəminində həmkəndlisi Eldar Məmmədova ov tüfəngindən atəş açıb.
E.Məmmədov və onları aralamaq istəyən kənd sakini Sərxan Əsədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində R.Məmmədov Qaradəmirçi kəndi ərazisində tutulub.
Ondan qanunsuz saxladığı 1 ədəd ov tüfəngi götürülüb.
***
14:01
Bərdədə kafedə iki nəfər güllələnib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bala Qəjər kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Rəcəb Məmmədov kənd ərazisində yerləşən kafedə aralarında yaranmış münaqişə zamanı həmkəndliləri Sərxan Əsədov və kafenin sahibi Eldar Məmmədova ov tüfəngindən atəşə açıb. Nəticədə ağır yaralanan şəxslər Bərdə Rayon Mərkəzi Xəstəxanasında çatdırılıb. Vəziyyətləri orta ağırdır. Faktla bağlı araşdırma aparılır.