Jurnalist Vladimir Sadovoyun anası və bacısı Rusiyanın Lvova raket hücumu nəticəsində həlak olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun həmkarı və Lvov şəhər Şurasının deputatı İqor Zinkeviç "Facebook"da məlumat verib.
Dövlət Fövqəladə Hallar Xidmətinin son məlumatlarına görə, Rusiya ordusunun Lvovda hücumu nəticəsində 4 nəfər həlak olub, daha 37 nəfər yaralanıb.