Rəşad Heydərov, yanğınsöndürən
01 avqust 2021 15:50 (UTC +04:00)

Rəşad Heydərov, yanğınsöndürən

"İsti hava ərazilərin yenidən yanmasına səbəb olur" –Türkiyədən xəbər var  -VİDEO

Artıq 3 gündür ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Heyətinin şəxsi heyəti qardaş ölkə Türkiyədədir.

Lent.az APA-ya istinadla bildirir ki, onlar türk həmkarları ilə birlikdə Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində iştirak edirlər.

Türkiyə gedən heyətin üzvü, yanğınsöndürən Rəşad Heydərov əməkdaşımıza bildirib ki, hava şəraiti və dağlıq relyeflə bağlı işlərində bəzi çətinliklər olur:

“Çətinliklər əsasən, havanın isti və küləkli olması ilə əlaqədardır. Söndürdüyümüz ocaqlar yenidən alışa bilir. Rəhbərlik bizi lazımı ləvazimatla təmin edib. Türk xalqına da minnətdarlığımızı bildiririk ki, hər dəqiqə bizim yanımızdadırlar. Su və ərzaqla bizi təmin edirlər. Birliyimizi bu hadisələrdə də göstərdik. Hər zaman qardaş Türkiyənin yanındayıq. Bu bizim borcumuzdur. Cənab Prezidentin tapşırığı ilə, rəhbərliyimiz tərəfindən qardaşlarımızın yanına göndərildik. Çətinliyimiz yalnız hava şəraiti ilə əlaqədardır, amma onun da öhdəsindən gəlirik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3155

Oxşar yazılar