İstanbuldan Bakıya uçan təyyarə geri qayıtdı - SƏBƏB
15 oktyabr 2022 16:25 (UTC +04:00)

İstanbuldan Bakıya uçan təyyarə geri qayıtdı - SƏBƏB

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-076 nömrəli İstanbul-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən (ön şüşənin çatlaması) uçuş hava limanına qayıtmaq qərarına gəlib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təyyarə yerli vaxtla saat 14:50-də İstanbul hava limanına uğurla eniş edib.

Sərnişinlərin daşınması üçün Bakıdan digər təyyarə yola düşəcək.

# 2226
avatar

Oxşar yazılar