İsmayıllı sakini kanalda batıb.
Lent.az-ın məlumatına görə, hadisə rayonun İsmayıllı kəndində qeydə alınıb.
Kənd sakini, 1977-ci il təvəllüdlü Mehdiyev Elnur Biləndər oğlu su kanalında boğulub.
Onun sərxoş olduğu və ehtiyatsızlıqdan kanala yıxıldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.