İsmayıllıda qadını elektrik cərəyanı vurub.
Lent.az xəbər verir ki, hadisə Talıstan kəndində baş verib.
Kənd sakini 47 yaşlı Göyçəy Hacalı qızı Hüseynova yaşadığı evdə elektrik lampasını dəyişərkən lampa əlində partlayıb və xanımı cərəyan vurub. Qadın hadisə yerində keçinib.
Mərhumun 3 uşaq anası olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.