18 yaşlı tələbə  dəm qazından boğulub öldü
03 mart 2025 02:06 (UTC +04:00)

18 yaşlı tələbə dəm qazından boğulub öldü

İsmayıllıda 18 yaşlı gənc kirayə yaşadığı evin hamamında ölü tapılıb.

Lent.az xəbər verir ki, gəncin meyiti Ağdam rayon Kolqışlaq kəndinə gətirilərək ailəsinə təhvil verilib.

Onun dəm qazından zəhərləndiyi ehtimal olunur. 

Mərhum, 2007-ci il təvəllüdlü Əliyev Rahib Elnur oğlu İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində zootexniklik ixtisası üzrə təhsil alırmış.

O, 3 mart tarixində sözügedən kəndin qəbiristanlığında dəfn olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 994

Oxşar yazılar