İranla sərhəddə ƏMƏLİYYAT: PUA ələ keçirildi,  saxlanılan var
11 dekabr 2025 12:18 (UTC +04:00)

İranla sərhəddə ƏMƏLİYYAT: PUA ələ keçirildi, saxlanılan var

0

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən xəbərə görə, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 53 kiloqram 250 qram narkotik vasitənin və 1450 ədəd narkotik tərkibli metadon M-40 həbinin İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı – 34 yaşlı Sadıqov Amil Vidadi oğlu şübhəli şəxs qismində saxlanılıb, uçuş aparatı vasitəsilə sərhəd xəttinə yaxın əraziyə atılmış ümumi çəkisi 9 kiloqram 760 qram narkotik vasitə marixuana və 450 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.

İlkin dindirmə zamanı saxlanılan şəxs həmin əraziyə narkotik vasitəni götürmək məqsədilə gəldiyini etiraf edib.

Sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dekabrın ayının 7-də 20 kiloqram 240 qram narkotik vasitə (19 kq 180 qram marixuana, 1060 qram metamfetamin), dekabrın 9-da isə 23 kiloqram 250 qram narkotik vasitə marixuana və 1000 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar edilib.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar