Ələ keçirilən narkotiklər
05 aprel 2023 11:24 (UTC +04:00)

Ələ keçirilən narkotiklər

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTO

0

İrandan külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə aprelin 4-də saat 21:25-də “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində qeydə alınıb. Narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 16 kiloqram narkotik vasitə marixuana və 1300 ədəd Metadon M-40 psixotrop tərkibli həbləri aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2239

Oxşar yazılar