İrandan Azərbaycana 20 kilodan çox narkotik keçirən tutuldu - FOTO
18 aprel 2023 12:48 (UTC +04:00)

İrandan Azərbaycana 20 kilodan çox narkotik keçirən tutuldu - FOTO

0

Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən xəbərə görə, hadisə aprelin 13-də saat 23:50-də “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran dan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Şəmkir rayon sakini 41 yaşlı Qurbanov Vüqar Hidayət oğlu şübhəli şəxs qismində saxlanılıb.

Saxlanılan şəxsin üzərinə keçirilən baxış zamanı 2 ədəd bağlamada ümumi çəkisi 20 kiloqram 400 qram narkotik vasitə aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2280

Oxşar yazılar