Kürdə batan yeniyetmələrin meyitləri tapıldı - VİDEO  - YENİLƏNİB
14 iyun 2021 12:10 (UTC +04:00)

Kürdə batan yeniyetmələrin meyitləri tapıldı - VİDEO - YENİLƏNİB

Şəmkirdə Kürdə batan 2 yeniyetmənin meyiti tapılıb.

Lent.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 2006-cı il təvəllüdlü Məmmədov Fərid Ayaz oğlunun, 2005-ci il təvəllüdlü Yusif Araz oğlu Məmmədovun sudan çıxarılaraq adiyatı üzrə təhvil verilib.

 

***

13 iyun, saat 18:22

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.

Lent.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Qeyd edək ki, çayda batan şəxslər Şəmkir rayonunun Qaracəmirli kənd sakini 2006-cı il təvəllüdlü Məmmədov Fərid Ayaz oğlu və 2005-ci il təvəllüdlü Məmmədov Yusif Araz oğludur.

# 8880
avatar

Oxşar yazılar