Bakıda qadın vəkili icra məmuru döyüb.
Lent.az APA-ya istinadla xəbər verir ki, bu barədə sosial şəbəkədə vəkilin yaxınları məlumat verib.
Bildirilib ki,Vəkillər Kollegiyasının üzvü Hüseynbəyli Ülkər Hüseyn qızını Sumqayıt İcra şöbəsinin icra məmuru Pərviz Quliyev təhqir edərək döyülüb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, məsələ ilə bağlı polisə müraciət daxil olub: "Tərəflər arasında mübahisə şəxsi münasibətlər zəminində baş verib. Müraciətlə bağlı Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində araşdırma aparılır".