Hüseynin restoranındakı davaya görə 1 nəfər  həbs edildi - YENİLƏNİB
06 mart 2024 16:09 (UTC +04:00)

Hüseynin restoranındakı davaya görə 1 nəfər həbs edildi - YENİLƏNİB

Hüseyn Əzizoğlunun restoranında cinayət törədən tutulub. 

Daxili İşlər Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda müvafiq polis orqanında təhqiqat araşdırması aparılır.

Əməli törədən şəxs müəyyən olunaraq saxlanılıb.

Zərərçəkmişin xəsarətlərinin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

***

saat 12:51

Ötən gecə tanınmış bloqer Hüseyn Əzizoğluya məxsus "Papaq" restoranında dava olması barədə xəbər vermişdik. 

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb. 

Qurumun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, hadisə ərazi polis orqanında araşdırılır.

Əlavə məlumat veriləcək.

# 6243
avatar

Oxşar yazılar