Hövsan dəniz limanında  FACİƏ:   Gənc oğlanı...
14 mart 2024 22:52 (UTC +04:00)

Hövsan dəniz limanında FACİƏ: Gənc oğlanı...

Suraxanı rayonunda ehtiyatsızlıq bir nəfərin ölümünə səbəb olub.

Lent.az APA-ya istinadən verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında işləyən 30 yaşlı Tağıyev Zaur Məhərrəm oğlunu ehtiyyatsızlıqdan avtokar vurub. Gənc oğlan aldığı xəsarətlərdən travmatik şok keçirib.

O, xəstəxanaya aparılanda yolda dünyasını dəyişib.

Faktı Suraxanı Rayon Prokurorluğunun əməkdaşları araşdırır.

# 3951
avatar

Oxşar yazılar