Hindistanlı turistin axtarışlarına DRONLAR  cəlb edildi - FOTO
31 may 2022 11:01 (UTC +04:00)

Hindistanlı turistin axtarışlarına DRONLAR cəlb edildi - FOTO

Azərbaycan dağlarında hindistanlı turistin itkin düşməsi barədə xəbər vermişdik.

Hüquq-mühafizə orqanlarından Lent.az-a bildirilib ki, 20 gün əvvəl Zaqatalada yoxa çıxan Hindistan vətəndaşı, 29 yaşlı Kondaveeti Manikathinin axtarışlarına dronlar cəlb edilib. Dağlıq ərazilərdə aparılan axtarışlar hələlik heç bir nəticə verməyib.  

Rayon Polis Şöbəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının keçirdikləri axtarışlara, rayonun dağlıq və sərt meşəlik ərazilərinə yaxşı bələd olan yerli sakinlər və alpinistlər də qoşulublar. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Lent.az-a açıqlamasında bildirib ki, turistin axtarışları davam etdirilir. 

Qeyd edək ki, turist mayın 12-də Zaqatala rayonunda otellərdən birindən çıxaraq, geri qayıtmayıb. Onun dağlara qalxdığı güman edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3381

Oxşar yazılar