Həkim yeniyetmələrə  cinsi təcavüzdə   günahlandırılır
18 aprel 2023 16:37 (UTC +04:00)

Həkim yeniyetmələrə cinsi təcavüzdə günahlandırılır

0

Netanyadakı MADA könüllüsü Roy Babil azyaşlı qızlara qarşı bir sıra cinsi cinayətlər törətməkdə şübhəli bilinir. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, həkim sosial şəbəkələr vasitəsilə yeniyetmələrlə tanış olub, onlarla cinsi söhbətlər edib və bir neçə yüz şekel müqabilində onları şəxsən görüşməyə razı salıb.

Uşaq və yeniyetmələrin internetdə müdafiəsi üzrə Milli qərargahın bölməsinin əməkdaşları iki ay ərzində gizli araşdırma aparıblar. Onlar müəyyən ediblər ki, həkim 12-16 yaşlı yeniyetmə qızlarla bir neçə görüş keçirməyə nail olub. Şübhəli saxlanılıb, lakin dindirmə zamanı o, azyaşlılarla ünsiyyətdə olduğundan xəbərsiz olduğunu bildirib. Lakin müstəntiqlərin fikrincə, faktlar bunun əksini göstərir və həkim Babilə qarşı müvafiq sübutlar toplanıb.

Məhkəmə onun həbs müddətini uzadıb. İstintaq davam edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2333

Oxşar yazılar