Yol polisi Zaqatala-Bakı avtobusunun qəzaya uğraması ilə bağlı MƏLUMAT YAYDI
12 iyul 2026 10:48 (UTC +04:00)

Yol polisi Zaqatala-Bakı avtobusunun qəzaya uğraması ilə bağlı MƏLUMAT YAYDI

0

Baş Dövlət Yol Polisi İdarəsi Hacıqabulda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.

İdarədən Lent.az-a verilən xəbərə görə, hadisə 12 iyul tarixində, saat 05:15-də Bakı-Qazax-Gürcüstan dövlət sərhədi yolunun Hacıqabul rayonu Muğan qəsəbəsindən keçən 132-ci kilometrliyində qeydə alınıb.

Alqışov Ramil Bilal oğlunun idarə etdiyi "Yutong" markalı avtobus idarəetmədən çıxaraq, əvvəlcə yolun sol kənarındakı beton arakəsmələrə dəyib, daha sonra aşıb.

Hadisə nəticəsində 2 nəfər - Osmanova Səbinə Paşa qızı və Qurbanzadə Ayxan Yusif oğlu xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Qeyri-rəsmi məlumata görə isə, qəza nəticəsində 30 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2405

Oxşar yazılar