Türkiyədə saxlanılan sabiq deputat Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edilib.
Lent.az-ın məlumatına görə, bu barədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat yayıb.
F. Qəhrəmanlı G. Hacıbəylinin hazırda azadlıqda olduğunu bildirib.
Xatırladaq ki, G.Hacıbəyli 2 ay əvvəl Türkiyədə saxlanılıb. O, Prezident Adminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində istintaqa dəvət olunub.