Bakıda gözəllik salonu qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayonu ərazisindəki gözəllik salonlarının birindən 20 manat və içərisində 4000 manat və 100 ABŞ dolları pul olan seyfi oğurlanıb.
Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş C.Rüstəmov saxlanılıb.