Göygöldə "Mercedes" aşdı
19 may 2022 21:11 (UTC +04:00)

Göygöldə "Mercedes" aşdı

0

Göygöldə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" minik avtomobilinin sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı 2003-cü il təvəllüdlü Qurbanov Rasim və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1747

Oxşar yazılar