Göyçayda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Çərəcə kəndində baş verib. 55 yaşlı Əhmədov İntiqam Gülbala oğlu kənd ərazisində çöllük sahədəki əncir ağacından özünü asaraq, həyatına son qoyub. Onun meyitini kənd sakinləri tapıblar.
Faktla bağlı araşdırma aparılır.