General və arvadının  meyiti tapıldı
16 noyabr 2023 11:20 (UTC +04:00)

General və arvadının meyiti tapıldı

Rusiya Federasiyasının 6-cı Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Ordusunun keçmiş komandanı Vladimir Sviridov və onun həyat yoldaşının meyiti Stavropol diyarındakı evində tapılıb.

Lent.az Rusiya teleqram kanallarına istinadla bildirir ki, 68 yaşlı istefada olan hərbi pilot və onun 72 yaşlı həyat yoldaşı Tatyana təxminən bir həftə əvvəl dünyasını dəyişib. Onların cəsədlərində zorakılıq izlərinə rast gəlinməyib.

Qaz işçiləri ölçmə aparıb və zərərli maddələrin icazə verilən konsentrasiyasını artıqlaması aşkar etməyiblər. Ölümün dəqiq səbəbini ekspertlər müəyyənləşdirməlidir.

Aviasiya general-leytenantı Vladimir Sviridov 2005-2009-cu illərdə Rusiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin 6-cı Ordusuna komandanlıq edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3918
avatar

Oxşar yazılar