Şəmkirdə gənclər arasında bıçaqlanma hadisəsi olub.
Lent.az-ın xəbərinə görə, hadisə rayonun Keçili kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 2008-ci il təvəllüdlü Teymur Əli oğlu Orucov aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı 2000-ci il təvəllüdlü Natiq Nəbi oğlu Bədəlova bıçaqla bir neçə dəfə vuraraq bədən xəsarəti yetirib.
Faktla bağlı Şəmkir rayon polis şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.