Gəncədə yeniyetmə bıçaqlandı, dərhal  əməliyyat olundu
01 may 2022 22:25 (UTC +04:00)

Gəncədə yeniyetmə bıçaqlandı, dərhal əməliyyat olundu

Gəncədə bıçaqlanma baş verib.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində yerləşən Əziz Əliyev prakında qeydə alınıb.

2005-ci il təvəllüdlü Abbasov Azər Vüsal oğlu iki bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal 17 yaşlı oğlan əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Onun kim tərəfindən bıçaqlanması isə məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

# 1950
avatar

Oxşar yazılar