Gəncədə toydakı davaya görə 2 nəfər tutuldu - YENİLƏNİB
11 dekabr 2023 09:57 (UTC +04:00)

Gəncədə toydakı davaya görə 2 nəfər tutuldu - YENİLƏNİB

Gəncədə Mahrasa bağı adlanan ərazidə yerləşən şadlıq saraylarından birindəki toyda 4 nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Lent.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kəsici-deşici alətlə 4 nəfər şəxsə xəsarət yetirməkdə şübhəli bilinən Samir Musayev və Cəfər Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.

***

09 dekabr, saat 23:42

Gəncədə toyda bıçaqlan şəxslərin sayı üçə çatıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, bıçaqlanan şəxs 1992-ci il təvəllüdlü Əli Musayevdir.

Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

***

Saat 22:28

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Mahrasa bağı adlanan ərazidə yerləşən şadlıq saraylarının birində qeydə alınıb.

1972-ci il təvəllüdlü Kəpəz Əliquliyev və 1983-cü il təvəllüdlü Akif Rüstəmov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal onlara yardım göstərilib, vəziyyərlərinin kafi oldu bildirilir.

Məlumata görə hər iki şəxs toyda dava zamanı bıçaqlanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

# 4755
avatar

Oxşar yazılar

Şəkidə sirkə içən qadın Bakıda öldü

Şəkidə sirkə içən qadın Bakıda öldü

2 mart 2024 , 10:08
Ağsuda "Mercedes" aşdı, sürücü öldü

Ağsuda "Mercedes" aşdı, sürücü öldü

2 mart 2024 , 09:42
Azərbaycanlılar qızıl mağazasını qarət etdi

Azərbaycanlılar qızıl mağazasını qarət etdi

2 mart 2024 , 09:25
Sumqayıtda DƏHŞƏT:  Qaynını öldürüb   intihar etdi -  YENİLƏNİB

Sumqayıtda DƏHŞƏT: Qaynını öldürüb intihar etdi - YENİLƏNİB

2 mart 2024 , 08:32
Salyan sakinləri 6 kiloqram narkotiklə tutuldu

Salyan sakinləri 6 kiloqram narkotiklə tutuldu

2 mart 2024 , 08:22
Xaçmazda 34 yaşlı kişi bıçaqlandı

Xaçmazda 34 yaşlı kişi bıçaqlandı

1 mart 2024 , 23:49
Saatlıda avtomobil 8 yaşlı qızı vurub öldürdü

Saatlıda avtomobil 8 yaşlı qızı vurub öldürdü

1 mart 2024 , 17:45
Narkotacirlərə kömək edən polis həbs olundu

Narkotacirlərə kömək edən polis həbs olundu

1 mart 2024 , 17:18