Gəncədə itkin düşən yeniyetmə Bakıda tapıldı
16 iyul 2023 11:51 (UTC +04:00)

Gəncədə itkin düşən yeniyetmə Bakıda tapıldı

İyulun 12-də Gəncə şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2009-cu il təvəllüdlü F.Məmmədovun yaşadığı evdən naməlum istiqamətdə gedərək bir daha geri dönməməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq axtarış tədbirləri nəticəsində F.Məmmədovun yeri Bakı şəhərində müəyyən edilərək ailəsinə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1596
avatar

Oxşar yazılar