Gəncədə qadınla mübahisə edən  kişi evi yandırdı:  Ölən var -  VİDEO
12 may 2025 14:13 (UTC +04:00)

Gəncədə qadınla mübahisə edən kişi evi yandırdı: Ölən var - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, F.Əmirov küçəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.

Lent.az bildirir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 36 m² olan mənzildə baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birotaqlı mənzildə baş vermiş yanğın genişlənməsinə, həmçinin digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan bir nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, bir nəfər ölüb.

FHN-in qüvvələri həmçinin hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar araşdırma aparır.

***

Gəncədə evdə baş verən yanğınla bağlı bəzi təfərrüatları məlum olub.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə şəhərin Fikrət Əmirov küçəsində 5 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.

İlkin məlumata görə, evdə yaşayan kişi ilə qadın arasında mübahisə olub. Mübahisə zamanı evə benzin tökülüb, nəticədə yanğın olub. Yanğın zamanı bir nəfər hadisə yerində ölüb.

64 yaşlı Şahməmmədova Gülnaz Saleh qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

***

13:07

Gəncədə mənzildə partlayış olub.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, şəhərdə 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində mənzildə anidən partlayış olub.

lkin məlumata görə, 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 982

Oxşar yazılar