Həsən Kür
22 fevral 2025 23:27 (UTC +04:00)

Həsən Kür

Gənc şair Həsən Kür intihara cəhd etdi: vəziyyəti ağırdır

Xəbər verdiyimiz kimi, gənc şair Həsən Kür intihara cəhd edib.

TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda onun vəziyyəti ağırdır

"Fevralın 22-də saat 19:10-da 29 yaşlı  Həsən Kür müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır", - məlumatda bildirilir.

***
21:00

Gənc şair Həsən Kür intihara cəhd edib. 

Şahidlərin Lent.az-a verdiyi xəbərə görə, hadisə bu gün "Sevinc Mall" ticarət mərkəzində qeydə alınıb. 

O, özünü ticarət mərkəzinin 3-cü mərtəbəsindən atıb. 

Gənc şair ağır vəziyyətdə Sabunçu xəstəxanasına çatdırılıb. O, reanimasiyaya yerləşdirilib. 

İlkin məlumata görə, Həsən Kür maddi problemlərə görə özünü öldürmək istəyib.

Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.

Lent.az hadisə yerindən çəkilən fotonu təqdim edir: 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2448

Oxşar yazılar