Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə Binə qəsəbəsində yaşanıb.
Vaqif Mirzəyev küçəsində 1990-cı il təvəllüdlü Şahbazov Bəbir Nəcəfqulu oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. O, qarnın ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktı Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları araşdırır.
Nurlan Əli