Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Şuşa şəhərciyində qeydə alınıb.
1997-ci il təvəllüdlü Məhəmməd Həsənov yaşadığı evdə özünü asıb. Hadisə yerinə rayon prokurorluğunun əməkdaşları cəlb edilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.