Sumqayıtda gənc oğlan dənizdə batıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində, dənizdə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 kilometr aralı nəzarətsiz ərazidə 19 yaşlı Bəylərov Eldar Qoşqar oğlunun batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.