Gənc oğlan bıçaqlanaraq ağır YARALANDI
25 iyun 2022 05:50 (UTC +04:00)

Gənc oğlan bıçaqlanaraq ağır YARALANDI

Bakının Suraxanı rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Lent.az xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib.

Belə ki, 1995-ci il təvəllüdlü Ağayarov Cavidan Əlquşaq oğlu dava zamanı döş qəfəsindən bıçaqlanıb. O, bədənin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həkimlət onun vəziyyətinin ağır kimi bildirir.

Faktı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşları araşdırır.

Nurlan Əli

# 1581
avatar

Oxşar yazılar