Gədəbəydə güclü yağışdan sonra gələn sel sularında çoban boğularaq ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Moruqlu kəndində qeydə alınıb.
Kənd sakini, 1958-ci il təvəllüdlü Sadıqov Sahib qoyun otaran zaman sel onu aparıb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.