Gədəbəydə ağır qəza-Ölənlər və yaralananlar var
03 avqust 2025 19:09 (UTC +04:00)

Gədəbəydə ağır qəza-Ölənlər və yaralananlar var

Gədəbəydə ölümlə nəticələn ağır yol qəzası baş verib.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Şahdağ kəndində qeydə alınıb.

Hərəkətdə olan "Kia" markalı minik avtomobili idarəetmədən çııxıb. Nəticədə avtomobil dərəyə aşıb.

Qəza nəticəsində rayonun Çiçəkli kənd sakinləri 1991-ci il təvəllüdlü Azadə Məmmədova və 1973-cü il təvəllüldü Asəf Tapdıqov həyatını itirib. Sürücü 1990-cı il təvəllüdlü Vüsal Məmmədov, 2021-ci Renat Məmmədov və 2020-ci il təvəllüdlü Amil Məmmədov isə xəsarət alıblar.

Hadisə yerinə Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 642

Oxşar yazılar